DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya hücumlarında daha 5 fələstinli həyatını itirib
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumlarında 1 522 nəfər həyatını itirib, 5 421 nəfər yaralanıb
İsrailin Qəzzaya hücumlarında daha 5 fələstinli həyatını itirib
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 5 fələstinli həyatını itirib.

Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzaya təşkil etdiyi hücumlarda qeydə alınan insan tələfatı ilə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamada atəşkəsə baxmayaraq İsrail hücumlarının davam etdiyi Qəzzadakı xəstəxanalara son 24 saat ərzində 4-ü yeni hücumlarda həyatını itirən, biri isə dağıntılar altından çıxarılan 5 fələstinlinin meyitinin çatdırıldığı, 22 nəfərin isə yaralandığı bildirilib.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumlarında 1 522 nəfərin həyatını itirdiyi diqqətə çatdırılan açıqlamada 5 421 nəfərin yaralandığı bildirilib.

Açıqlamada həmin dövrdə dağıntılar altından 839 nəfərin cəsədinin çıxarıldığı qeyd olunub.

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi ölənlərin sayının 74 480 nəfərə çatdığı bildirilən açıqlamada, yaralı sayının isə 175 539 nəfərə yüksədiyi qeyd edilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.