DÜNYA
1 dəqiqə oxuma
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
Hücumlarda 23 nəfər də yaralanıb
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə həyata keçirdiyi hücumlarda 8 nəfər ölüb

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə qarşı son hava hücumlarında ən azı 8 dinc sakinin həyatını itirdiyi, 23 nəfərin yaralandığı bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) verdiyi yazılı açıqlamada Rusiya ordusunun gecə və səhər saatlarında Ukraynaya təşkil etdiyi hava hücumları ilə bağlı məlumat paylaşılıb.

Kiyev-Odessa avtomobil yolunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığı və iki avtomobilin vurulduğu qeyd edilən açıqlamada hücum nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Həmçinin ölkənin Kiyev, Xmelnitski və Xarkov bölgələrinin də bu gecə hədəf alındığı qeyd olunan açıqlamada hücumlar nəticəsində 5 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı ifadə edilib.

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko da sosial media hesabından etdiyi paylaşımda Rusiya ordusunun şəhərə hücum təşkil etdiyini açıqlayıb.

Hücumda yanacaqdoldurma məntəqəsinin vurulduğunu qeyd edən Kliçko ilkin məlumatlara görə 1 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığının sosial media hesabından edilən açıqlamada isə Rusiya ordusunun gecə saatlarında ölkəyə qarşı hücumlarda istifadə etdiyi müxtəlif tipli 165 PUA-dan 115-nin zərərsizləşdirildiyi bildirilib.

Araşdırma
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi
Sudanda avtobus dayanacağına endirilən zərbə 80 nəfər həlak olub
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib
İsrailin Qəzzaya hücumlarında daha 5 fələstinli həyatını itirib
Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi Sofiyaya eniş edib
Körfez Əməkdaşlıq Şurası ölkələri husilərin terror təşkilatı kimi təsnif edilməsinə çağırıb
Rusiyanın həyata keçirdiyi ölümcül hücum Kiyevdə metro stansiyasını hədəf alıb
Rusiya Ukrayna ərazisinə ağır zərbələr endirib
Fransada keçirilən aksiyalar iğtişaşlara çevrilib
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki PUA-nı zərərsizləşdirib
Emmanuel Makron ABŞ və Rusiya arasında əldə olunan yanacaq razılaşmasını tənqid edib
Yunanıstan Qərbi Trakyadakı türk məktəblərinin fəaliyyətini dayandırdı
ABŞ-də məktəbdə atışma baş verib, ölənlər var
İsrailin Qəzza zolağında atəşkəsə baxmayaraq davam etdirdiyi hücumlarda daha bir fələstinli ölüb
Rusiya: Ukraynada bir logistika mərkəzini və quru yük gəmisini vurduq
Türkiyə daxil 19 ölkə Kolumbiyanın İsraildəki səfirliyini Qüdsə köçürməsini pisləyib