DÜNYA
1 dəqiqə oxuma
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
Yəmən ordusu son 24 saat ərzində 1 164 əməliyyat keçirdiklərini, husilərin 558 nəfər üzvünün zərərsizləşdirildiyini bildirib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
(ARXİV) Yəmən ordusu: "558 husi zərərsizləşdirildi"

Ordudan verilən yazılı açıqlamada "Yəmən Şəfəqi" əməliyyatı çərçivəsində husilərə qarşı həyata keçirilən hərbi əməliyyatlar barədə məlumat verilib.

Məlumata əsasən, son 24 saat ərzində husilərin yerləşdiyi bölgələrə, onlara avtomobillərə və mövqelərinə 1 164 dəqiq əməliyyat təşkil olunub və 558 husi silahlısı zərərsizləşdirilib.

Ölkənin cənubundakı Mərib və Təiz vilayətlərində husilərə məxsus bir çox mövqenin ələ keçirilməsi ilə çoxsaylı ağır silah və hərbi təchizat müsadirə edilib.

Yəməndə oktyabrın 5-də başladılan "Yəmən Şəfəqi" hərbi əməliyyatı davam edir.