DÜNYA
1 dəqiqə oxuma
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib
Husilərin Şabva əyalətindəki "Əl-Alam" hərbi təlim düşərgəsinə endirdiyi raket zərbələri nəticəsində 50-dən çox insan ölüb və yaralanıb
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib

Husilərin Şabva əyalətindəki "Əl-Alam" hərbi təlim düşərgəsinə endirdiyi raket zərbələri nəticəsində 50-dən çox insan ölüb və yaralanıb.

Yəmən mediasının məlumatına görə, üsyançılar təhlükəsizlik qüvvələrinin yeni çağırışçılarının yerləşdiyi düşərgəyə çoxsaylı ballistik raketlər atıblar.

Hücumdan sonra Şabva Mərkəzi Xəstəxanasına çox sayda yaralı çatdırılıb. Rəsmi qurumlar hələlik ölənlərin və yaralananların dəqiq sayını açıqlamayıb.

Qeyd edək ki, Yəməndə 2014-cü ildə husilərin paytaxt Sənanı ələ keçirməsindən sonra vətəndaş müharibəsi davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya isə 2015-ci ildən ölkənin rəsmi hökumətinə dəstək verir.