İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Benyamin Netanyahu bu barədə rəsmi ‘‘X’’ internet səhifəsində etdiyi paylaşımda bildirib.
Görüş zamanı İrana qarşı mümkün hərbi əməliyyata toxunan Benyamin Netanyahu deyib: "Bizim tamamlamalı olduğumuz bir işimiz var. Sənin də dediyin kimi, biz bunu birlikdə bitirəcəyik. Bunu bizdən başqa heç kim etməyəcək".
İsrail Baş naziri bildirib ki, ABŞ ilə sıx əməkdaşlıq ərəb ölkələri ilə münasibətlərin normallaşmasını nəzərdə tutan ‘‘İbrahim Sazişləri’’nə yeni dövlətlərin də qoşulmasına imkan yaradacaq. O, həmçinin ABŞ xalqının Trampın nüvə silahına malik İrana qarşı qətiyyətli mövqe nümayiş etdirdiyini bilməli olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində seçkilərdə Netanyahunu dəstəklədiyini bəyan edib. Donald Tramp Netanyahuya qarşı haqsızlıq edildiyini, lakin onun mübariz bir lider olduğunu qeyd edib.
İran rəhbərliyinə də xəbərdarlıq edən Donald Tramp deyib: "Əgər onlar tez bir zamanda mövqelərini dəyişməsələr, biz bu işi qısa müddətdə bitirəcəyik".


























