Sudanın cənubuna endirilən PUA zərbəsi nəticəsində təxminən 80 nəfər həlak olub. Həyatını itirənlərin əksəriyyətinin evlərinə qayıtmaq üçün avtobus dayanacağında gözləyən mülki şəxslər olduğu bildirilir.
Səhiyyə mənbələri və şahidlər hücumun Kordofan bölgəsindəki Əl-Dibab şəhərində yerləşən bazarın yaxınlığında baş verdiyini bəyan ediblər. İlkin məlumata görə, hadisə yerində 50 nəfər həyatını itirib.
Bildirilib ki, hücum zamanı ağır xəsarət alan 47 nəfərdən 30-a yaxını xəstəxanada dünyasını dəyişib.



























