Suriyanın mərkəzi hissəsində yerləşən Həma vilayətində şəxsiyyəti məlum olmayan silahlı şəxslərin törətdiyi hücumda 4 təhlükəsizlik əməkdaşının hayatını itirdiyi bildirilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, şəxsiyyətləri hələ ki müəyyənləşdirilə bilməyən silahlı şəxslər Həma şəhərində təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil ediblər.
TÖVSİYƏ EDİLƏN
Hücum nəticəsində 4 təhlükəsizlik heyəti mənsubu həyatını itirib.
Hadisədən dərhal sonra cinayətkarların müəyyən olunması və saxlanılması məqsədilə genişmiqyaslı axtarış-yoxlama əməliyyatına start verilib.


















