Almaniya Kansleri Fridrix Merts ölkəsinin Türkiyədən gələn köç sayəsində mədəni, iqtisadi və elmi sahədə daha zənginləşdiyini bildirib.
Almaniya hökuməti tərəfindən təşkil edilən "65 İllik Ortak Tarix - Almaniya-Türkiyə İşçi Gücü Sazişinin İldönümü" tədbirində çıxış edən Fridrix Merts ilk nəsilin gündəlik həyat ritminin işləmək, yatmaq, yenə işləmək və yatmaqdan ibarət olduğunu xatırladıb.
Fridrix Merts deyib: "Fabriklərin və sənaye müəssisələrinin yaxınlığında işçi koloniyalarında, yaşayış məntəqələrində və ayrı yataqxanalarda yaşayırdılar. Koloniyalardakı sənaye obyektlərində poladdan hazırlanmış sadə sığınacaqlar, bəzən yaxşı işləyən boyama emalatxanaları, çox yataqlı otaqlar, ümumi mətbəxlər və qismən komendant saatı tətbiq olunurdu".
Almaniyaya gelən işçilərin iki ildən sonra vətənlərinə qayıdacaqlarını düşündüklərini bildirən Fridrix Merts deyib: "1961–1973 illəri arasında gələnlərin təxminən yarısı Türkiyəyə qayıtdı. Digər yarısı isə Almaniyada qaldı. Qonaq işçilər yavaş-yavaş miqrantlara çevrildi. Ailələrini Almaniyaya gətirdilər. Şəhər mərkəzlərinə köç etdilər. Türk qonaq işçilər ölkəmizin sənaye strukturunun formalaşmasına töhfə verdilər. Ruhr bölgəsi ilk nəsil olmasaydı bu qədər zəngin və möhtəşəm ola bilməzdi. Bu gün yaşadığımız rifahın infrastrukturunu onlar yaratdılar. Almaniyanın mədəni üzü dərin şəkildə formalaşdı. Və bu günə qədər də formalaşdırmağa davam edirlər".
Fridrix Merts Almaniyaya inteqrasiya olmuş şəxslərin bərabər imkanlar və cəmiyyətə aidlik gözləntilərinin də təmin olunmasının vacib olduğunu vurğulayaraq, "Ölkəmizdə hər kəs, dəri rəngi və ya valideynlərinin mənşəyi nə olursa-olsun, dəyər görməlidir" ifadəsini işlədib.
Fridrix Merts baxmayaraq türk köçünün ilk nəslindən bir çox şəxsin, onların uşaqlarının və nəvələrinin bütün səylərinə rəğmən hələ də əcnəbi kimi rəftar edildiyinə diqqət çəkib.
Ksenofobiyanın azad cəmiyyət üçün təhdid olduğunu bildirən Fridrix Merts Almaniyanın yaxın tarixində irqçi zorakılığın qaranlıq nümunələrinin olduğunu xatırladıb.
Fridrix Merts Mölln və Solingendə 1990-cı illərdə törədilmiş irqçi hücumlara, illərlə qətl törətmiş aşırı sağçı Nasyonal Sosialist Yeraltı (NSU) terror qrupuna və Hanauda baş vermiş irqçi hücuma işarə edərək NSU-nun qurbanları arasında türk mənşəli səkkiz şəxsin olduğunu bildirib.
Almaniya Kansleri bu tarixi təcrübələrin cəmiyyətdə ayıq-sayıqlığın artırılmasının vacibliyini göstərdiyini və ictimai tərəqqinin fəal və qətiyyətlə müdafiə olunmadığı təqdirdə itirilə biləcəyinə dair xəbərdarlıq edib.





















