DÜNYA
2 dəqiqə oxuma
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Oktyabrın 17-də keçirilən aksiyalar çərçivəsində ətrafı dağıdan və ya qarət hadisələrinə qarışan 149 şübhəlinin həbs edildiyi bildirilib
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Fransadakı aksiyalarda 2 nəfər öldü, 149 nəfər həbs edildi

Fransanın ədliyyə naziri Jerald Darmanen həftəsonu keçirilən "sarı jiletlilər"in aksiyaları zamanı zorakılıq hadisələrinin yaşandığı şimaldakı Lill şəhərinə səfər edib.

Darmanen burada verdiyi açıqlamada, "sarı jiletlilər"in aksiyaları çərçivəsindəki zorakılıq hadisələrinə qarşı ədalətin verdiyi cavabdan məmnun olduğunu dilə gətirib.

Fransalı nazir aksiyalar çərçivəsində ətrafı dağıdan və ya qarət hadisələrinə qarışan 149 şübhəlinin həbs olunduğunu açıqlayıb.

Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərə görə, həftəsonu paytaxtda bahalığa qarşı keçirilən aksiyalar zamanı 2 nəfərin həyatını itirməsi ilə bağlı araşdırma başladılıb.

Paris Polis İdarəsindən verilən açıqlamaya görə, oktyabrın 17-də Parisdə Respublika Meydanı yaxınlığında 59 yaşlı bir nəfər huşsuz vəziyyətdə tapılmışdı.

İlk tibbi yardım mərkəzinə aparılan həmin şəxs, edilən müdaxilələrə baxmayaraq həyatını itirmişdi.

Hadisələr zamanı halı pisləşən 48 yaşlı bir nəfərin cansız bədəni də oktyabrın 19-u səhər saatlarında Parisdəki Berje (Berger) küçəsində tapılmışdı.

Fransadakı aksiyalar

Tələbələrin də dəstəklədiyi "sarı jiletlilər" hərəkatının bahalığa və yüksək yanacaq qiymətlərinə qarşı oktyabrın 17-də ölkə miqyasında nümayişlər təşkil etmişdi.

Nümayişlərdə təxminən 2 min 500 nəfər saxlanılarkən, mindən çox polis, jandarm və yanğınsöndürən yaralanmışdı.

Zorakılıq hadisələrinin yaşandığı nümayişlərdə təxminən 3 min iş yerinə ziyan dəymiş və ya qarət edilmişdi.

Limoş (Limoges) Meriya Binası və Lion şəhərindəki turizm ofisi yandırılmış, Marsel şəhərində isə etirazçılar bələdiyyə binasına ziyan vurmuşdular.

Aksiyalarda iş yerlərinə ziyan dəyənlər böhranı idarə edə bilmədiyi əsası ilə hökumətə etiraz bildirmişdilər.

Yüzlərlə etirazçı oktyabrın 18-də Parisdə yenidən küçələrə axışmışdı.

Yerli qurumlar mümkün aksiyaların qarşısını almaq üçün Paris, Lill, Lion, Nis və Marsel başda olmaqla bəzi bölgələrdə qismən komendant saatı tətbiq etmək qərarı almışdı.