ABŞ senatoru Sanders İsrailə hərbi yardımın dayandırılmasını tələb edib.
Rəsmi "X" səhifəsində paylaşım edən Sanders Prezident Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu dəstəkləməsini tənqid edib.
Trampın bununla bağlı bəyanatının "sürpriz" olmadığını ifadə edən Sanders hər iki liderin Yaxın Şərqdə müharibə tərəfdarı olduğunu vurğulayıb.
TÖVSİYƏ EDİLƏN
"Bir avtoritar digərinin hakimiyyətdə qalmasına kömək edir" ifadəsini işlədən amerikalı senator Vaşinqtonun İsrailə etdiyi hərbi yardımları təcili olaraq dayandırmalı olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərində Netanyahunu dəstəklədiyini bəyan etmişdi.





















