Liviya Nümayəndələr Palatası 2019-cu ildə Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin müəyyən edilməsinə dair qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib.
Liviya Nümayəndələr Palatasından verilən açıqlamada Palatanın Benqazidə iclas keçirdiyi bildirilib.
Nümayəndələr Palatasının Milli Razılıq Hökuməti ilə Türkiyə arasında Aralıq dənizindəki dəniz yurisdiksiyası sahələrinin məhdudlaşdırılmasına dair 2019-cu ildə imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunu yekdilliklə təsdiqlədiyi qeyd edilən açıqlamada bildirilib ki, Nümayəndələr Palatası həmçinin, Milli Razılıq Hökuməti ilə Türkiyə hökuməti arasında imzalanmış iki qarşılıqlı anlaşma memorandumunun təsdiqinin rədd edilməsinə dair 2020-ci il tarixli (1) nömrəli Nümayəndələr Palatası Qərarını yekdilliklə ləğv etdi.






















