Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bolqarıstan Prezidenti Rumen Radev arasında telefon danışığı olub.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, söhbət zamanı Türkiyə-Bolqarıstan münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı əlaqələrin inkişaf etməsi üçün lazımi addımların atılacağını, xüsusilə ticarət sahəsində əməkdaşlığın gücləndiriləcəyini vurğulayıb.
Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün Türkiyənin Rusiya və Ukrayna ilə təmasları davam etdirdiyini bildirən Ərdoğan Bolqarıstanın xüsusi iqtisadi zonasındakı dron hücumundan kədərləndiyini bildirib.
Türkiyə lideri həmçinin Bolqarıstan Prezidenti Rumen Radevi 11-12 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 sammitinə dəvət edib.

























