TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Ərdoğan dünyanı istismar edərək, bölgəni qan gölünə çevirərək özlərinə rifah nizamı qurmaq istəyənlərə baş əyməyəcəklərini deyib
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Prezident Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən Kətxudalar görüşündə Türkiyənin müxtəlif bölgələrindən gələn kətxudalarla bir araya gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Xaos və böhran mühitində Türkiyənin saçının bir telinə də zərər gəlməməsi üçün gecəmizi gündüzümüzə qatırıq. Allaha şükür, indiyə qədər bundan da uğurlu çıxmışıq. Bölgəmizdə şiddəti getdikcə artan bir böhran fırtınası yaşanır.

Şimalımızdakı Rusiya-Ukrayna müharibəsi bir neçə ay sonra 5-ci ilini tamamlayacaq. İsrailin Fələstinə qarşı hücumları imzalanan sazişlərə baxmayaraq sürət kəsmədən davam edir. Qonşumuz İrandakı gərginlik tam olaraq bitmədən bu dəfə Yəməndə yeni bir münaqişənin fitili yandırıldı. Husilərin dostumuz və qardaşımız Səudiyyə Ərəbistanını hədəf alan hücumları bölgəmizdəki gərginliyin daha da yüksəlməsinə səbəb oldu. Ər-Riyad hava limanına təşkil etdikləri hücumda aralarında ümrə ziyarətçilərinin də olduğu çoxsaylı müsəlman qardaşımız vəfat etdi. Yüzlərlə qardaşımız yaralandı. Livana baxırıq, təəssüf ki, orada da vəziyyət heç də ürəkaçan deyil. Suriyadan gözəl xəbərlər gəlir, lakin sionist İsrail oranı da qarışdırmaq üçün əlindən gələni edir. Necə ki, deyirəm, ətrafımız od çənbəridir deyə; qarşı-qarşıya olduğumuz vəziyyət məhz belədir.

Biz məhz belə bir xaos və böhran mühitində Türkiyənin zərər görməməsi üçün gecəmizi gündüzümüzə qatırıq. Allaha şükür, indiyə qədər bunda da uğurlu olduq. Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq tutduq. Təhriklərə qapılmadıq, tələlərə düşmədik, təxribatlara uymadıq. Ağıllı, səbirli, təmkinli şəkildə bütün bu çətin prosesləri uğurla idarə etdik.

Dünyanı istismar edərək, bölgəmizi qan gölünə çevirərək özlərinə rifah nizamı qurmaq istəyənlərə baş əyməyəcəyik. Qaranlıq və çirkin oyunlara... Bütün bunlara qarşı çox, amma çox diqqətli olacağıq. Müsəlmanları bir-birinə salmağa çalışanlara qarşı oyanıq olacağıq. Millətimizin ümidini qırmağa, əhval-ruhiyyəsini pozmağa, aramıza nifaq divarları hörənlərə qarşı həmişə ayıq-sayıq olacağıq".