TÜRKİYƏ
1 dəqiqə oxuma
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
İstanbul Hava Limanı 2024 və 2025-ci illərdə də "Conde Nast Traveller" jurnalının ABŞ nəşrinin oxucuları tərəfindən dünyanın ən yaxşı hava limanı seçilib
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçildi

İstanbul Hava Limanı "Conde Nast Traveller" jurnalının Böyük Britaniya nəşri tərəfindən təşkil edilən "Oxucu Seçimləri Mükafatları 2026" (Readers' Choice Awards 2026) çərçivəsində "Dünyanın Ən Yaxşı Hava Limanı" seçilib.

İstanbul Hava Limanının operatoru İGA-dan verilən açıqlamaya görə, səyahət jurnalının oxucularının qiymətləndirmələri ilə müəyyən edilən siyahıda İstanbul Hava Limanı 94,29 xalla birinci yerdə qərarlaşıb.

Təxminən 350 nöqtəyə uçuş imkanı təqdim edən İstanbul Hava Limanı Sinqapur "Changi" Hava Limanı və Dubay Beynəlxalq Hava Limanını qabaqlayaraq siyahının zirvəsinə yerləşib.

Sıralamada Sinqapur "Changi" Hava Limanı 93,92 xalla ikinci, Dubay Beynəlxalq Hava Limanı isə 93,18 xalla üçüncü olub.

İstanbul Hava Limanı 2024 və 2025-ci illərdə də "Conde Nast Traveller" jurnalının ABŞ nəşrinin oxucuları tərəfindən dünyanın ən yaxşı hava limanı seçilmişdi.

1909-cu ildə qurulan və tərkibində "Vogue", "The New Yorker", "GQ", "Vanity Fair" və "Wired" kimi nəşrləri birləşdirən "Conde Nast" çap nəşrləri, rəqəmsal platformaları və sosial media kanalları vasitəsilə dünya miqyasında milyonlarla oxucuya çatır.