"Bir tərəfdən quru çörək tapa bilməyən milyonların yaşamaq uğrunda mübarizəsinin şahidi oluruq. Digər tərəfdən qida israfının artdığı bir dünyada nə sülhdən, nə əmin-amanlıqdan, nə də rifahdan bəhs edə bilərik".
Prezident Ərdoğan Dünya Qida Forumunun açılış mərasiminə ünvanladığı video müraciətində tədbirin təşkilində əməyi keçən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) başda olmaqla bütün tərəfdaşlara təşəkkür edərək nitqinə başlayıb.
Prezident Ərdoğan bunları deyib: “Hazırda "İnnovasiya et, Sabahı qidalandır" mövzusu ilə təşkil olunan Dünya Qida Forumunun bəşəriyyət üçün xeyirli olmasını diləyirəm. İqlim dəyişikliyi, ətraf mühitin qorunması və qida təhlükəsizliyi kimi kritik sahələrdə gələcək nəsillərə yaşana bilən bir dünya qoyub getməyin dərdiylə səy göstəririk. Bir tərəfdən quru çörək tapa bilməyən milyonların yaşamaq uğrunda mübarizəsinin şahid oluruq, digər tərəfdən qida israfının artdığı bir dünyada nə sülhdən, nə əmin-amanlıqdan, nə də rifahdan bəhs edə bilərik. Türkiyə olaraq bu həqiqətdən hərəkət edərək, təhlükəsiz qidaya çıxışı təkcə bir təklif məsələsi kimi deyil, milli təhlükəsizliyimizin əsas hissəsi kimi görür, bu istiqamətdə addımlarımızı atırıq.
Dünyada hər il 1,5 milyard ton qida israf edilir
Qlobal hesabatlara əsasən qida israfının ən böyük payı, deməli 60 faizi evlərdə, yəni istehlak mərhələsində baş verir. Dünyada hər il istehsal olunan təxminən 1,5 milyard ton qida ya itkiyə gedir, ya da israf olunur. Bu səbəbdən istehsalda məhsuldarlıq qədər qida itkisi və israfı ilə mübarizəyə xüsusi əhəmiyyət veririk.
2020-ci ildə başladığımız "Qidanı qoru, süfrənə yiyə dur" təşəbbüsü çox qısa müddətdə böyük irəliləyiş əldə etdi. Çörək israfının qarşısının alınması kampaniyamız vasitəsilə çörək israfını 18 faiz azaltdıq. Həyat yoldaşım Əminə Ərdoğanın rəhbərliyi ilə 9 il əvvəl start verilən "Sıfır Tullantı" hərəkatı vasitəsilə bu sahədə qlobal maarifləndirməyə töhfə veririk.
Bu il 9-20 noyabr tarixlərində Antalyada keçirəcəyimiz COP31 zamanı təcrübələrimizi tətbiqlərə çevirəcək addımları planlaşdırırıq. Yenə COP31 çərçivəsində "Turkuaz Bağlantı" təşəbbüsümüz ilə qida təhlükəsizliyini və iqlim öhdəliklərini ortaq müstəvidə birləşdirməyi hədəfləyirik.
Mehdi Ekerin FAO Baş Direktoru namizədliyinə dəstək çağırışı
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Mərkəzi Asiya Alt-Regional Ofisinə ev sahibliyi edən ölkə olaraq təşkilatın baş direktorluğu seçkiləri üçün namizədliyimizi elan etmişik. Ölkəmizdə uzun illər Kənd Təsərrüfatı Nazirliyi vəzifəsini uğurla icra edən cənab Mehdi Ekerə dəstəyinizi gözləyirik. Bu düşüncələrlə Dünya Qida Forumunun uğurla keçməsini diləyir, məsləhətləşmələrimizin bütün bəşəriyyət üçün xeyirli olmasını təmənna edir, sizi bir daha səmimiyyətlə, hörmətlə salamlayıram”.






















