TÜRKİYƏ
2 dəqiqə oxuma
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo Avropa şirkətlərinin harada istehsal həyata keçirəcəkləri və məhsullarını haradan tədarük edəcəkləri məsələsini qiymətləndirdiklərini bildirib
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir

Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo Avropa şirkətlərinin yaxın və etibarlı tərəfdaş axtarışının artdığını bildirib. Nazir qeyd edib: "Türkiyə Avropanın təchizat zəncirini daha dözümlü etməyə kömək edə biləcək istehsal gücünə, sənaye təcrübəsinə və qonşu bazarlarla əlaqələrə malikdir. İnanıram ki, münasibətlərimiz bu ortaq maraqları daha aydın şəkildə əks etdirməlidir."

M.Prevo bu sözləri Brüsseldə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Avropa Biznes Sammitinin (EBS) birgə təşkilatçılığı ilə keçirilən Türkiyə-Aİ Biznes Sammitinin açılışında deyib.

Milyonlarla avropalının türk mənşəli olduğunu xatırladan M.Prevo çıxışına belə davam edib: "Belçikadakı türk icması Türkiyə ilə sıx əlaqələrini qoruyub saxlayır. Onlar nəsillər boyu cəmiyyətimizə töhfə verirlər. Aramızdakı əlaqələr həm də uzunillik tərəfdaşlığa dayanır."

M.Prevo Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna malik müttəfiq kimi qitənin cənub-şərq cinahını müdafiə etdiyini vurğulayıb. O, Türkiyənin Aİ-yə namizəd ölkə statusunda olduğunu bildirib. Nazir, həmçinin Türkiyənin Avropa, Asiya və Yaxın Şərqi bir-birinə bağlayan böyük sənaye iqtisadiyyatına sahib olduğunu diqqətə çatdırıb.

M.Prevo məsələyə belə münasibət bildirib: "Avropa şirkətləri getdikcə daha çox özlərinə yaxın və etibarlı tərəfdaşlar axtarırlar. Türkiyə Avropanın təchizat zəncirini daha dözümlü etməyə kömək edə bilər. Ölkə bu potensialı təmin edəcək istehsal gücünə, sənaye təcrübəsinə və qonşu bazarlarla əlaqələrə malikdir. İnanıram ki, münasibətlərimiz bu ortaq maraqları daha aydın şəkildə əks etdirməlidir."

 

"Türkiyə geniş regionun bazarlarına açılan bir qapıdır"

Avropanın təchizat zəncirini daha güclü və dözümlü etməli olduğunu bildirən M.Prevo deyib: "Avropa şirkətləri harada istehsal həyata keçirəcəklərini yenidən qiymətləndirirlər. Məhsullarını haradan tədarük edəcəklərini də nəzərdən keçirirlər. Bu prosesdə Türkiyə mühüm rol oynayır. Türkiyə təkcə sənaye tərəfdaşı deyil. O, həm də daha geniş regionun bazarlarına açılan bir qapıdır. Xüsusilə Avropanın strateji asılılıqlarını azaltmalı olduğu sektorlarda bu yaxınlıqdan daha yaxşı yararlanmalıyıq."

Belçikanın da bu səylərə töhfə vermək istədiyini vurğulayan M.Prevo nitqini bu sözlərlə yekunlaşdırıb: "Daha çox birgə layihə vi sənaye əməkdaşlığı ilə bu uğuru daha da irəli aparmağı hədəfləyirik. Gələn həftə də burada, “Eqmont Sarayı”nda Türkiyə ilə üçtərəfli görüşlərimiz keçiriləcək. Bu görüşlərdə xarici işlər, ədliyyə və daxili işlər sahələrində əməkdaşlığımızı müzakirə edəcəyik."

MƏNBƏ:TRT
Araşdırma
Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın açıqlamalarına reaksiya göstərib
Prezident R.T.Ərdoğan "Türk Dünyası Gənclər Görüşü"  münasibəti ilə video müraciət ünvanlayıb
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi
Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriyanın xarici işlər naziri ilə görüşüb
Milli Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirilməsi müzakirə olunub
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb