TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
İsrail 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirir
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir / TRT Haber

İsrail 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Türkiyə müharinə başlayandan bəri diplomatik təşəbbüslərlə yanaşı, AFAD və Türkiyə Qızıl Aypara Cəmiyəti vasitəsilə bölgəyə qida, su, gigiyena vasitələri və çadırlar da daxil olmaqla çox miqdarda yardım materialları çatdırıb, həmçinin müalicəyə ehtiyacı olan qəzzalıları qəbul edib. Bu müddət ərzində bölgəyə ümumilikdə 111 567 ton yardım materialı çatdırılıb. Bundan əlavə, Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya 1051 yük maşını ilə təxminən 16.000 ton yardım materialı daxil olub və bölgə üçün 8 milyon dollar ianə edilib.

Türkiyə Qızıl Aypara Cəmiyyəti isə Qəzzaya 25 000 tondan çox humanitar yardım çatdırıb. Bundan əlavə 11 milyondan çox insanın qida ehtiyaclarını ödəyib və gündəlik 30 000 insana yemək paylayır. Təşkilat bölgəyə yalnız ərzaq deyil, 150 ton içməli su, həmçinin 200 mindən çox gigiyena vasitəsi ilə 3 mindən çox çatır çatdırıb.

Türkiyə Qəzzada səhiyyə xidmətlərinin davamlılığını təmin etmək məqsədilə xəstəxanaların ehtiyaclarını ödəyib. Ağır yaralı olanlar və xəstələr isə müalicə üçün Türkiyəyə gətirilib, onlarla birlikdə gələn yaxınlarına da yaşayış şəraiti yaradılıb. Bu genişmiqyaslı yardım səfərbərliyi türk xalqının güclü həmrəyliyini və müxtəlif qurumların birgə səylərini əks etdirir. Türkiyə İsrailin hücumları və blokadası nəticəsində dərinləşən humanitar böhrana baxmayaraq bölgəyə yardım əlini uzanmağa davam edir.