Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğanı və Türkiyəni hədəf alan həddini aşan ifadələrinin İsraildə yaxınlaşan seçkidən öncə düşdükləri siyasi çarəsizliyin bir göstəricisi olduğunu bildirib.
Türkiyəyə qarşı əsassız ittihamların İsrail rəhbərliyinin Qəzzadakı soyqırımçı xarakterini və regionda davam etdirdiyi təcavüzkar siyasətini pərdələyə bilməyəcəyini vurğulayan Duran deyib:
"Katzın atəşkəs və sülh danışıqlarında iştirak edən şəxsləri açıq şəkildə ölümlə hədələməsi İsrail rəhbərliyinin beynəlxalq hüquqa məhəl qoymayan yanaşmasının yeni bir təzahürüdür. Bu məsuliyyətsiz yanaşma beynəlxalq ictimaiyyətə açıq-aşkar yox kimi görməkdir. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə Fələstin xalqının qanuni hüquqlarını, ədaləti və qalıcı sülhü müdafiə etməyə davam edəcək. İsrail rəhbərliyinin hədələri, təxribatları və qaralamaq kampaniyaları ölkəmizin haqq və ədalətin yanında olan mövqeyini dəyişdirməyəcək".




























