Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzlərini və gəmilərini vurduqlarını bildirib.
Nazirlikdən verilən bəyanatda Rusiya ordusunun Ukraynadakı hərbi hədəflərə qarşı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumları davam etdirdiyi qeyd olunub.
TÖVSİYƏ EDİLƏN
Kiyev vilayətində hərbi məqsədlərlə istifadə olunan 3 logistika mərkəzinin vurulduğu vurğulanan bəyanatda Çornomorsk limanında və Qara dənizdə hərbi yük daşıyan 2 gəminin hədəf alındığı bildirilib.
Nazirliyin bəyanatında həmçinin Odessa limanında da hərbi anbarların vurulduğu ifadə edilib.























