DÜNYA
1 dəqiqə oxuma
Ukrayna cəbhədən 1000 km məsafədə yerləşən Rusiya neft emalı zavoduna zərbə endirib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin cəbhə xəttindən 1000 kilometr uzaqlıqda yerləşən Rusiya neft emalı zavoduna və raketdaşıyıcı "Tu-95MS" təyyarəsinə zərbə endirdiyini açıqlayıb.

Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski Ukrayna müdafiə qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar barədə məlumat verib. Rusiyanın Yaroslavl vilayətindəki neft emalı zavoduna təşkil olunan hücuma toxunan dövlət başçısı cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən bu hədəfin vurulmasını, eləcə də Qara dənizdəki əməliyyatları Rusiyanın təcavüzünə verilən ədalətli cavab kimi qiymətləndirib.

Ukrayna lideri ordunun Engels şəhərində raket daşıyan "Tu-95MS" təyyarəsini də hədəf aldığını bildirib. O, bu təyyarələrin birbaşa Ukrayna ərazisinə hücumlar həyata keçirdiyini xatırladaraq hərbçilərə təşəkkür edib və rusların müharibənin acı nəticələrini hiss etməli olduqlarını vurğulayıb.

Ukraynaya məxsus "FP-1" pilotsuz uçuş aparatı ilə vurulan "Slavneft-YaNOS" obyekti Rusiya Federasiyasının en böyük neft emalı zavodlarından biridir. İllik emal gücü təxminən 15 milyon ton olan bu müəssisədə benzin, dizel, aviasiya yanacağı və digər neft məhsulları istehsal olunur.