İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-ın Mayami şəhərindən gizlicə təxliyə edilərək İsrailə aparıldığı iddia olunub. Buna səbəb kimi İrana bağlı qüvvələrin ona qarşı hazırladığı sui-qəsd planının aşkarlanması göstərilir.
ABŞ-nin "Newsmax" telekanalının hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyatı Yair Netanyahunu hədəf alan plan barədə 2025-ci ilin dekabrında məlumat əldə edib. Kəşfiyyat məlumatlarına əsasən, İran agentlərinin Mayamidə Baş nazirin oğlunun yaşadığı ünvanı və gündəlik hərəkətlərini izlədiyi müəyyən edilib.
Məlumata görə, İsrail tərəfi dərhal ABŞ səlahiyyətlilərini məlumatlandırıb. Yair Netanyahuya əşyalarını belə götürmədən şəhəri təcili tərk etmək tapşırılıb və o, gizli şəkildə İsrailə aparılıb.
Qeyd edək ki, avqustun 24-də Binyamin Netanyahu İsrailin "Channel 14" telekanalına müsahibəsində İranın oğullarından birinə qarşı sui-qəsd planlaşdırdığını təsdiqləmişdi.




















