Ötən həftə Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a yüksəlib, 4500-dən çox insan isə itkin düşüb.
Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində Nepalda 1114, Çində isə 16 nəfər həlak olub.
Nepalın Milli Fəlakət Risklərinin Azaldılması İdarəsi bildirib ki, avqustun 26-da baş verən təbii fəlakət zamanı 292 nəfər xəsarət alıb, 3916 nəfərin axtarışları isə davam edir. Fəlakət bölgəsindən 12 minə yaxın sakin təxliyə olunub. Axtarış-xilasetmə tədbirlərinə ordu və polis qüvvələri də daxil olmaqla 21 min nəfərdən çox şəxsi heyət cəlb edilib. Nepalda təbii fəlakət nəticəsində ümumilikdə 1,6 milyon insanın zərər çəkdiyi bildirilir.
"Şinxua" agentliyinin məlumatına görə, Çin tərəfində 16 nəfər həlak olub, 546 nəfər isə itkin düşüb. İtkin düşənlər arasında 261 xarici vətəndaşın da olduğu qeyd edilir.






















