DÜNYA
1 dəqiqə oxuma
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
Misirin Sina yarımadasında sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 16 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub

Misirin Sina yarımadasında sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 16 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Hadisə Dahab və Nuveyba kurort şəhərlərini birləşdirən avtomobil yolunda qeydə alınıb. Sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb.

Misir Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların xəstəxanalara təxliyə olunması üçün əraziyə 20 təcili tibbi yardım briqadası cəlb edilib.