ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar və hərbi addımların İsrail başda olmaqla Yaxın Şərq regionuna kömək etmək məqsədi daşıdığını bildirib.
Ağ Evdə təşkil edilən tədbirdə çıxış edən Donald Tramp sanksiyalardan sonra İran iqtisadiyyatının çökdüyünü vurğulayıb. O bildirib ki, görülən tədbirlərin əsas məqsədi regionda təhlükəsizliyi təmin etməkdir:
"Atılan addımların böyük əksəriyyəti Yaxın Şərqi, İsraili və özümüzü qorumaq məqsədi daşıyır. İran İsrailə zərbə vurduqdan sonra növbəti hədəfi Yaxın Şərq, Avropa və ABŞ şəhərləri ola bilər."
Donald Tramp həmçinin neft tankerlərinin təhlükəsiz keçidi üçün Hörmüz boğazına nəzarətin vacibliyini qeyd edib. Prezident daha əvvəl də ABŞ-nin İrana qarşı hər an hərəkətə keçməyə hazır olduğunu və strateji su yollarına nəzarət etdiyini bəyan etmişdi.






















