TÜRKİYƏ
1 dəqiqə oxuma
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Ərazidə axtarış-xilasetmə tədbirləri davam edir
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb / AA

İstanbul Valiliyi Marmara dənizinin Silivri sahillərində iki ticarət gəmisinin toqquşduğunu bildirib. Məlumata görə, hazırda 10 heyət üzvü itkin düşmüş hesab olunur.

Valiliyin açıqlamasına əsasən, hadisə sentyabrın 2-də səhər saatlarına yaxın 03:00 radələrində Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya gedən Türkiyə bayraqlı "Alsu" ticarət gəmisi ilə İsgəndərun limanından Qara dəniz Ereğlisinə doğru hərəkət edən Türkiyə bayraqlı "Tuğberk İmamoğlu" ticarət gəmisi toqquşub.

Hadisə yerinə Sahil Təhlükəsizliyi Baş İdarəsi ilə Marmara və Boğazlar Sahil Mühafizə Komandanlığına aid çoxlu sayda dəniz vasitəsi və bir Sahil Mühafizə helikopteri cəlb olunub.

Valilikdən verillən bəyanatda deyilir: "Əraziyə çatan xilasedici qüvvələrin keçirdiyi ilkin əməliyyata əsasən, ALSU adlı gəmidə gözlə görünən hər hansı xəsarət aşkar edilməyib. Lakin TUĞBERK İMAMOĞLU adlı ticarət gəmisi və onun göyərtəsindəki 10 nəfərlik heyətlə hazırda əlaqə saxlamaq mümkün deyil. Ərazidəki qüvvələrin axtarış-xilasetmə işləri fasiləsiz davam edir".

MƏNBƏ:TRT