TÜRK DÜNYASI
1 dəqiqə oxuma
ŞKTC-də gəminin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarışı davam edir
Türkiyə Hərbi Dəniz Qüvvələrinə aid "TCG Işın" xilasetmə gəmisi axtarış-xilasetmə tədbirlərinə qoşulub
ŞKTC-də gəminin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarışı davam edir
ŞKTC-də gəminin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarış proseduru davam edir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhəri sahillərində avqustun 30-da sərnişin gəmisinin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Girne sahillərində axtarış-xilasetmə tədbirləri 1 təyyarə, 5 pilotsuz uçuş aparatı (PUA), 7 helikopter, 8 gəmi və 9 kater ilə həyata keçirilir.

Əməliyyatlara Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəniz komandoları (SAT) və dalğıc qrupları da cəlb olunub.

Türkiyənin daxili və milli imkanları ilə inşa edilən "TCG Işın" gəmisi bir kilometr dərinliyədək axtarış-xilasetmə tapşırığını yerinə yetirir. Həmin gəmi Girne sahillərində batan gəminin olduğu ərazidə axtarış əməliyyatlarına rəhbərlik edir.

"TCG Işın" gəmisinin 514 metr dərinlikdə batan gəminin qalıqlarına yüksək təzyiqə davamlı geyimli heyət və robot sualtı qayıq göndərəcəyi bildirilib.

 

Girne sahillərində batan gəmi

Xatırladaq ki, ŞKTC-nin Girne Limanı ilə Mersinin Taşucu Limanı arasında fəaliyyət göstərən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşüb. Gəmi hərəkətə başladıqdan qısa müddət sonra batmağa başlayıb.

Gəmi Girne Limanına qayıtmağa cəhd edərkən aşıb.

Gəmidən 241 nəfər xilas edilib, 8 nəfərin isə cəsədi tapılıb.

Batan gəminin qalıqlarının dənizin 514 metr dərinliyində olduğu bildirilir.

MƏNBƏ:TRT