DÜNYA
1 dəqiqə oxuma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
İordaniyanın xarici işlər naziri Ayman Səfadi Avstriyaya səfəri çərçivəsində avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə keçirdiyi birgə mətbuat konfransında İranın bölgədəki hərəkətlərini kəskin qınayıb
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib

İordaniyanın xarici işlər naziri Ayman Səfadi Avstriyaya səfəri çərçivəsində avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə keçirdiyi birgə mətbuat konfransında İranın bölgədəki hərəkətlərini kəskin qınayıb.

Səfadi İranın İordaniyaya və region ölkələrinə qarşı hücumlarının "qisas" və ya ABŞ-nin addımlarına "reaksiya" olmadığını vurğulayaraq, bunların öncədən planlaşdırılmış məqsədyönlü əməllər olduğunu bildirib.

İordaniyalı nazir İranla yaşanan böhranın dinc yolla həllinin tərəfdarı olduğunu, lakin bunun üçün gərginliyə səbəb olan əsas amillərin aradan qaldırılmasının vacibliyini qeyd edib. O, həmçinin Hörmüz boğazında dəniz naviqasiyası azadlığının təmin edilməsi, qonşuluq prinsiplərinə əməl olunması və dövlətlərin daxili işlərinə müdaxilə edilməməsinin regionda sabitlik üçün şərt olduğunu diqqətə çatdırıb.