DÜNYA
1 dəqiqə oxuma
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb
İran Vaşinqtonun son hücumlarına cavab olaraq ANŞ-nin İordaniyadakı hərbi bazasını raket atəşinə tutub. İran tərəfi həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi gəmini (esminesi) vurduğunu irəli sürüb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb / Reuters Arkiv

İran Vaşinqtonun son hücumlarına cavab olaraq ANŞ-nin İordaniyadakı hərbi bazasını raket atəşinə tutub. İran tərəfi həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi gəmini (esminesi) vurduğunu irəli sürüb.

İordaniya ordusunun məlumatına görə, atılan 20 ballistik raketdən 18-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Digər raketlər isə boş ərazilərə düşüb, itki və dağıntı olmayıb.

İran İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin müasir "DDG-119" və "DDG-53" hərbi gəmilərinin də hədəf alındığını bildirib. İranın "Tasnim" agentliyinin məlumatına görə, bu zərbələr ölkənin neft tankerlərinə edilən hücumlara cavab xarakteri daşıyır. Agentlik hücumlar nəticəsində ABŞ gəmilərinə ciddi ziyan dəydiyini iddia edib.

İran dövlət televiziyasının (IRIB) yaydığı məlumata görə, İran Hərbi Dəniz Qüvvələri Küveyt və Bəhreyn sahillərindəki tankerlərin hədəf alınacağını bəyan edib və gəmi heyətlərinə ərazini dərhal tərk etmələri barədə xəbərdarlıq edib.