Nigeriyanın neftlə zəngin Rivers ştatında neft oğurluğu cəhdi zamanı 43 nəfər zəhərli qazdan boğularaq həyatını itirib.
Milli mətbuatda yer alan xəbərlərdə ştatın Okrika Yerli İdarəetmə Bölgəsindəki Okari körpüsündə baş verən hadisədə həyatını itirənlərin sayının 43-ə yüksəldiyi bildirilib.
Rivers Ştatının Polis Sözçüsü Aqabe Blesinq Karbalo həyatını itirən şəxslərin neft oğurluğuna cəhd etdiklərini, araşdırmaların davam etdiyini deyib.
Okrika Yerli İdarəetmə Bölgəsindəki Okari körpüsündə dünən gecə saatlarında çoxlu sayda gənc neft oğurluğuna cəhd göstərdiyi əsnada zəhərli qaz sızması baş verib.
Hadisə zamanı huşunu itirən bəzi şəxslərin çaya düşərək itkin düşdüyü bildirilib. Sağ qalan bəzi insanların isə nəfəs ala bilmədikləri səbəbindən xəstəxanaya çatdırıldığı qeyd olunub.






















