Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Avqustun 30-da Girnə sahillərində batan gəmi ilə bağlı aparılan axtarış-xilasetmə əməliyyatlarında daha iki nəfərin cəsədinin tapıldığını və həlak olanların sayının 12-yə yüksəldiyini açıqlayıb.
Girnə limanında keçirilən mətbuat konfransında çıxış edən Baş nazir Girnədən Türkiyənin Taşucu limanına gedərkən batan gəmidəki sərnişinlərin tapılması üçün ŞKTR və Türkiyənin aidiyyəti qurumlarının birgə fəaliyyətini davam etdirdiyini bildirib.
Ünal Üstel deyib: "Dünən gecə aparılan axtarış әmәliyyatları nəticəsində daha iki qadının cəsədi tapılıb. Beləliklə 554 metr dərinlikdən çıxarılan cəsədlərin sayı 4-ə, faciə nəticəsində həyatını itirənlərin ümumi sayı isə 12-yə çatıb".
Baş nazir itkin düşmüş 16 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərinin fasilәsiz davam etdirildiyini vurğulayıb.






















