DÜNYA
1 dəqiqə oxuma
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə və bir çox vilayətə PUA, qanadlı və ballistik raketlərlə kütləvi hücum həyata keçirib
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə və bir sıra vilayətə PUA, qanadlı və ballistik raketlərlə kütləvi hücum həyata keçirib. Hücumlar zamanı əsasən mülki və kritik əhəmiyyətə malik infrastruktur obyektləri hədəf alınıb.

Kiyev Hərbi Administrasiyasının məlumatına görə, hücumlar nəticəsində paytaxtda ən azı 2 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Şəhər meri Vitali Kliçko yaralananlardan 3 nəfərin xəstəxanaya yerləşdirildiyini, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyini bildirib.

Zərbələr nəticəsində Kiyevin Qoloseyevski, Podilski, Darnitski və Solomyanski rayonlarında yanğınlar baş verib, yaşayış binaları və təhsil müəssisələri zərər görüb. Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğınların qarşısını alaraq 13 nəfəri təxliyə edib, binalarda qapalı qalan sakinləri xilas ediblər.

Rusiya həmçinin Dnepropetrovsk, Poltava, Çerniqov, Nikolayev, Çerkası, Sumı, Zaporojye, Odessa, Xarkov və Donetsk vilayətlərində də müxtəlif obyektləri atəşə tutub. Kiyev vilayətinin Borispol rayonunda sənaye müəssisəsi və logistika kompleksi vurulub, güclü yanğın baş verib.

Qeyd edək ki, hücumlar ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin regiona səfəri ilə əlaqədar elan olunmuş üçgünlük müvəqqəti atəşkəsin başa çatmasından sonra baş verib.