DÜNYA
1 dəqiqə oxuma
İsrailin müxalif deputatı B.Netanyahunu istefaya çağırıb
İsrailin müxalif deputatı Qilad Kariv Baş nazir Benyamin Netanyahunun vəzifəsindən uzaqlaşdırılmasını tələb edərək, bunu İsrail cəmiyyəti üçün zərurət adlandırıb
İsrailin müxalif deputatı B.Netanyahunu istefaya çağırıb
İsrailin müxalif deputatı B.Netanyahunu istefaya çağırıb / AP

İsrailin müxalif deputatı Qilad Kariv Baş nazir Benyamin Netanyahunun vəzifəsindən uzaqlaşdırılmasını tələb edərək, bunu İsrail cəmiyyəti üçün zərurət adlandırıb.

Rəsmi internet səhifəsində paylaşım edən deputat Netanyahunun 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı ordunun apardığı təhqiqatlara qatılmaqdan boyun qaçırdığını bildirib. O, baş nazirin hücumdan sonrakı aylarda Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrinə getmədiyini də xatırladıb.

Netanyahunu ölkənin təhlükəsizlik sistemini uğursuzluğa düçar etməkdə və ordunu idarə edə bilməməkdə günahlandıran Kariv onun gələcəklə bağlı qərarlar vermək səlahiyyətinin olmadığını vurğulayıb.

İsraildə müxalifət və ictimaiyyət 7 oktyabr hücumundakı təhlükəsizlik problemlərini araşdırmaq üçün rəsmi istintaq komissiyasının yaradılmasını tələb edir. Lakin Netanyahu hökuməti müstəqil komissiya əvəzinə siyasi nəzarətdə olan bir qurumun yaradılmasına üstünlük verir.

Oktyabrın 27-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik daha da artır. Aparılan sorğular Netanyahu və sədri olduğu "Likud" partiyasının reytinqinin düşdüyünü göstərir.

Qeyd edək ki, Netanyahu korrupsiya ittihamı ilə mühakimə olunur. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi Qəzzadakı hərbi əməliyyatlarla bağlı onun həbsinə order verib. 2023-cü ilin oktyabrından bəri Qəzzaya endirilən zərbələr nəticəsində 73 mindən çox insan həlak olub.