DÜNYA
1 dəqiqə oxuma
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb
Yeni Zelandiya İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Ölkə rəhbərliyi İsrailin bu addımlarının sülhə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb / AP Archive

Yeni Zelandiya İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Ölkə rəhbərliyi İsrailin bu addımlarının sülhə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Ölkənin xarici işlər naziri Uinston Peters "X" səhifəsindəki paylaşımında İsrailin bölgədəki addımları nəticəsində vəziyyətin kəskinləşdiyini bildirib. Nazir qanunsuz məskunlaşma fəaliyyətlərinin beynəlxalq hüquqa zidd olduğunu və iki dövlətli həll prosesinə zərbə vurduğunu vurğulayıb. O, həmçinin radikal israilli köçkünlərin fələstinlilərə qarşı zorakılıqlarını kəskin pisləyib və bu əməlləri törədənlərin cəzalandırılmasını tələb edib.

Uinston Peters Vellinqtonun ilhaq cəhdlərini və fələstinlilərin məcburi köçürülməsini qətiyyətlə rədd etdiyini qeyd edib. Nazir Yeni Zelandiyanın həm israillilər, həm də fələstinlilər üçün yeganə çıxış yolu kimi iki dövlətli həll modelini dəstəklədiyini diqqətə çatdırıb.

Məlumata görə, Böyük Britaniya, Fransa, Kanada, Danimarka, Finlandiya, İrlandiya, İspaniya, İsveç və digər Avropa ölkələri də oxşar mövqedən çıxış edərək qanunsuz məskunlaşma zonaları ilə ticarət əlaqələrini məhdudlaşdırmaq üçün adımlar atırlar.