İran İnqilabı Keşikçiləri Korpusu Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiklərini bəyan edib.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri PUA-nı çərşənbə axşamı yerli vaxtla saat 02:29-da ada üzərində aşkar edərək məhv edib.
ABŞ ordusu isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı və ətrafında ABŞ-yə məxsus daha üç "MQ-1" tipli dronun vurduğunu da açıqlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hücuma keçərək hökumət binalarını, hərbi obyektləri, raket infrastrukturunu və hava hücumundan müdafiə sistemlərini hədəf almışdı. İran isə buna cavab olaraq İsrailə və bölgədəki ABŞ bazalarına raket və PUA zərbələri endirmişdi.



















