SİYASƏT
1 dəqiqə oxuma
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Polşa Baş naziri Donald Tusk Ukrayna-Polşa sərhəd-keçid məntəqəsindəki təhdidin qarşısının alındığını açıqlayıb
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı

Polşa Baş naziri Donald Tusk Ukrayna-Polşa sərhəd-keçid məntəqəsindəki təhdidin qarşısının alındığını açıqlayıb.

Polşa mətbuatının məlumatına görə, Baş nazir Donald Tusk bu açıqlamanı Slovakiyanın paytaxtı Bratislavada Macarıstan, Çexiya, Slovakiya və İrlandiyanın hökumət başçıları ilə birgə mətbuat konfransında verib.

Donald Tusk bildirib ki, Polşa və Ukrayna rəsmilərinin səmərəli əməkdaşlığı sayəsində ötən gecə "sərhəd keçidlərinə birbaşa təhdidin" qarşısı alınıb.

Rusiyanın Moldovadakı sərhəd məntəqələrinə qarşı təxribat xarakterli hücumlara əl atdığını irəli edən Donald Tusk deyib: "Polşa da daxil olmaqla, digər ölkələrdə Ukrayna ilə sərhəd keçidlərini hədəf alan oxşar addımların atılacağını gözləyirik. Polşa və bütün Avropa təkcə Rusiya-Ukrayna cəbhəsindəki deyil, həm də Avropa İttifaqının şərq sərhədində baş verə biləcək istənilən ssenariyə hazır olmalıdır".