SİYASƏT
1 dəqiqə oxuma
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Rusiya və Ukrayna nümayəndələri sonuncu dəfə fevral ayında Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə bir araya gəlsələr də, ərazi məsələsində razılıq əldə edə bilməmişdilər
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb

Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini bəyan edib.

Rusiya və Ukrayna nümayəndələri sonuncu dəfə fevral ayında Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə bir araya gəlsələr də, ərazi məsələsində razılıq əldə edə bilməmişdilər. O vaxtdan bəri danışıqlarda fasilə yaranmışdı.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın üçtərəfli formatın bərpa olunma ehtimalını istisna etmədiyini, lakin görüşün yeri və ya dəqiq tarixi barədə danışmağın hələ tez olduğunu bildirib.

Gərginliyi azaltmaq məqsədilə ABŞ nümayəndələri Stiv Uitkoff və Cered Kuşner Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüblər.

Ukrayna rəsmisi AFP agentliyinə açıqlamasında tərəflərin müharibəni dayandırmaq üçün daha təsirli təkliflər irəli sürdüyünü bildirsə də, nə rəsmi Moskva, nə də Kiyev danışıqlarda irəliləyiş əldə olunduğunu rəsmən təsdiqləməyib.

Artıq dörd il yarımdır davam edən hərbi münaqişə on minlərlə hərbçi və mülki şəxsin həyatına son qoyub.