Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyanın Bonndakı baş konsulluğunu bağlamasına sərt reaksiya verib.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən nazir Berlinin bu addımını tənqid edib.
Ukraynadakı müharibədən danışan S.Lavrov bildirib ki, münaqişə Avropada nasizmə son qoyacaq şəkildə bitməlidir. O, mövcud Ukrayna rəhbərliyinin hakimiyyətdə qalmasını İkinci Dünya Müharibəsində faşizmə qalib gələnlərə xəyanət kimi qiymətləndirib.
Rusiya rəsmisi Qərblə münasibətlərə də toxunub. O deyib ki, Moskva dialoqa açıq olsa da, köhnə münasibətlər bərpa olunmayacaq.
Yaxın Şərqdəki vəziyyətə toxunan nazir vurğulayıb ki, bölgədə sülhün təmin olunması üçün ABŞ, İsrail və İran birgə təhlükəsizlik sisteminə daxil edilməlidir.


















