SİYASƏT
1 dəqiqə oxuma
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Ukrayna münaqişəsini müzakirə edib
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib / AP

Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Ukrayna münaqişəsini müzakirə edib. Ağ Ev görüşdən sonra sülh prosesi üzrə konkret addımların yaxın həftələrdə açıqlanacağını bildirib.

Ağ Ev rəsmisi bildirib ki, Uitkoff və Kuşner Moskvaya Prezident Donald Trampın sülh planını təqdim etmək üçün gediblər. Danışıqlarda növbəti addımlar üçün konkret planlar nəzərdən keçirilib. ABŞ tərəfinin Ukrayna ilə də məhsuldar müzakirələr aparacağı gözlənilir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşü konstruktiv adlandırıb. O bildirib ki, amerikalı nümayəndələr səfərə ciddi hazırlaşıblar və münaqişənin həlli ilə bağlı konkret təkliflər irəli sürüblər. Müzakirələrdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib.

Görüşdən əvvəl Vladimir Putin cəbhədəki vəziyyəti mürəkkəb adlandıraraq Donald Trampın sülh səylərini yüksək qiymətləndirib. Stiv Uitkoff isə səfər dövründə üçgünlük atəşkəsə razılıq verdiyinə və ötən ay azad edilən keçmiş dəniz piyadası Robert Gilmana görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

ABŞ nümayəndə heyətinin bu gün Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə görüşməsi planlaşdırılır.