Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Vladimir Putin görüşdə deyib: “Türkiyə həm xarici siyasət, həm də iqtisadi sahələrdə Rusiya Federasiyasının imtiyazlı tərəfdaşlarından biridir. İrimiqyaslı birgə layihələr davam edir. Onlardan biri hamıya yaxşı məlumdur - bu, "Akkuyu" atom elektrik stansiyasıdır. Stansiyanın ilk blokunu bu il istifadəyə vermək məqsədimiz var və bu, belə də olacaq".
Türkiyə ilə mədəni və humanitar sahələrdə də əməkdaşlıq potensialının yüksək olduğunu dilə gətirən Putin deyib: "Türkiyəyə rus turist axını artır. Keçən il 7 milyona yaxın rus turist Türkiyəni ziyarət edib", ifadələrini işlədib.
Prezident Ərdoğan da öz növbəsində deyib: "Türkiyə-Rusiya əlaqələri həqiqətən hər dövrlə müqayisədə hazırda çox irəli səviyyədədir. Əsasən Rusiyadan gələn turistlərin Türkiyədəki rolu çox fərqlidir. Bu gün Antalya vilayətimizin ən mühüm turist şəbəkəsini Rusiyadan gələn dostlar təşkil edir. Bununla yanaşı, cənab Prezidentin az əvvəl qeyd etdiyi kimi, Türkiyə-Rusiya münasibətlərində “Akkuyu” Stansiyası böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatında, energetikada da güclü əməkdaşlığımız var".






















