ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk bildirib ki, orbitə yerləşdirilməsi planlaşdırılan silah ölkə qüvvələrini potensial təhdidlərdən qorumaq üçün zəruridir.
Sentyabrın 14-də keçirilən tədbirdə çıxış edən Meynk ABŞ-nin yaranan təhdidlərə cavab verməyə hazır olduğunu qeyd edib, lakin silahın texniki imkanları və ya nə vaxt orbitə buraxılacağı barədə detalları açıqlamayıb.
Daha əvvəl ABŞ rəsmilər Rusiya və Çinin gələcək münaqişələrdə ABŞ peyklərini sıradan çıxarmaq üçün vasitələr hazırladığını bildirərək, kosmosdakı hərbi potensialın artırılmasının vacibliyini vurğulamışdılar.
Tramp administrasiyası da öz növbəsində kosmik imkanların və raketlərin ABŞ-ni hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulan "Qızıl Günbəz" müdafiə sisteminin əsas tərkib hissəsi olduğunu qeyd edib.
























