Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrini hədəf alıb. Hücum zamanı 200-ə yaxın silahlı pilotsuz uçuş aparatından istifadə olunub.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumata görə, gecə saatlarında ölkə ərazisinə PUA-larla kütləvi hücumlar təşkil olunub. Açıqlamada hava hücumundan müdafiə qüvvələrinin tədbir gördüyü qeyd edilib. Kiyev meri Vitali Kliçko da sosial media hesabında şəhərin hücuma məruz qaldığını təsdiqləyib. O, paytaxtın müxtəlif ərazilərində yanacaqdoldurma məntəqələri və anbar infrastrukturunun hədəf alındığını bildirib.





















