TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə yeni üçillik proqram çərçivəsində müdafiə sənayesində əldə etdiyi uğurları mülki sahədə də tətbiq edəcək
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır / َAA

Türkiyə yeni üçillik proqram çərçivəsində müdafiə sənayesində əldə etdiyi uğurları mülki sahədə də tətbiq edəcək. Məqsəd xarici texnologiyalardan asılılığı azaltmaqdır.

2027–2029-cu illəri əhatə edən plan enerji, kənd təsərrüfatı, səhiyyə və texnologiya sahələrini qlobal böhranlara və geosiyasi gərginliklərə dözümlü etməyi hədəfləyir.

Bu prosesdə əsas sahə səhiyyə olacaq. Ölkədə peyvənd, dərman, tibbi cihazlar və süni intellektə əsaslanan səhiyyə texnologiyalarının yerli istehsalına böyük dəstək veriləcək.

Proqramın digər vacib məqsədi isə mikroçip istehsalıdır. Türkiyə şəxsiyyət vəsiqələri, pasportlar və sənaye üçün yerli mikroçiplər hazırlayacaq zavodlar qurmağı planlaşdırır.

Məsələ ilə bağlı açıklama verən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib:

"Müdafiə sənayesindəki təcrübəmizi mülki sektorda, xüsusən də səhiyyədə tətbiq etmək istəyirik. Texnoloji müstəqillik üçün bu addımlar şərtdir. Biz bu layihələri təkcə özümüz üçün deyil, dost və qardaş ölkələrlə birgə həyata keçirməyi planlaşdırırıq. Məsələn, ABŞ F-35 qırıcılarını bir çox ölkə ilə birgə platformada istehsal etdi. Biz də qarşıdakı dövrdə dost ölkələrlə birgə məhsul istehsalına və onların satışına diqqət ayıracağıq".