DÜNYA
2 dəqiqə oxuma
G7 nazirləri İranı Yəməndəki husilərə verdiyi dəstəyi dayandırmağa çağırıb
İraqda İran və İran tərəfdarı milislər tərəfindən diplomatik obyektlərə, enerji infrastrukturuna və ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücumlar da qınanıb
G7 nazirləri İranı Yəməndəki husilərə verdiyi dəstəyi dayandırmağa çağırıb
Husilərin hücumları Qırmızı dənizdə gəmiçiliyi pozmağa davam etdiyi bir vaxtda G7 dəniz marşrutlarının qorunmasına çağırış edib. [Arxiv fotosu] / Reuters

“Böyük yeddilər” (G7) ölkələrinin xarici işlər nazirləri İrana Yəməndəki husilərə göstərdiyi və "hərbi dəstək" kimi qiymətləndirdikləri yardımı dayandırmaqla bağlı çağırış edərək, bu dəstəyin davam etməsinin regiondakı gərginliyi artıra biləcəyi, beynəlxalq dəniz daşımalarını və qlobal sabitliyi təhlükəyə altına sala biləcəyi barədə xəbərdarlıq edib.

BMT Baş Assambleyasının iclasları çərçivəsində bir araya gələn Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ xarici işlər nazirləri birgə bəyanatlarında husilərin Yəməndə və Səudiyyə Ərəbistanına qarşı davam edən hücumlarını da pisləyiblər.

Nazirlər bütün tərəfləri regionun sabitliyini daha da poza biləcək və ya qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edən dəniz ticarətini əngəlləyə biləcək addımlardan çəkinməyə çağırıblar.

G7 həmçinin İran mənşəli hücumların dərhal dayandırılmasını tələb edib. Hörmüz boğazı və digər kritik su yolları da daxil olmaqla, dəniz marşrutlarının və gəmiçilik azadlığının qorunmasının vacibliyi vurğulanıb.

Nazirlər bəyanatda bildiriblər ki, İran rejiminin həyata keçirdiyi bütün hücumların dərhal və qeyd-şərtsiz dayandırılmasına çağırırıq.

Bununla yanaşı, Hörmüz boğazı və əlaqəli bütün kritik su yolları daxil olmaqla, dəniz marşrutlarının və gəmiçilik təhlükəsizliyinin qorunması, eləcə də qlobal təchizat zəncirinin təhlükəsizliyi və enerji bazarlarının sabitliyinin mühüm olduğu bir daha təsdiqlənib.

G7: İran nüvə silahına sahib olmamalıdır

G7 qrupu həmçinin İranın nüvə silahına sahib olmamasının vacibliyini bildirərək, Tehrana ballistik raket proqramını və regionda, eləcə də dünya miqyasında sabitliyi pozan fəaliyyətlərini dayandırmaqla bağlı çağırış edib.

Qrup həmçinin İran və İran yönümlü silahlı qruplaşmaların İraqda, xüsusilə də İraq Kürdüstan Regional rəhbərliyi bölgəsində diplomatik obyektlərə, enerji infrastrukturuna və ABŞ qüvvələrinə qarşı hücumlarını pisləyib.

Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dən ibarət yeddi aparıcı sənaye dövlətinin qeyri-rəsmi birliyi olan G7 mühüm iqtisadi, təhlükəsizlik və beynəlxalq məsələləri müzakirə etmək üçün müntəzəm olaraq toplanır.

Araşdırma
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"