TÜRK DÜNYASI
1 dəqiqə oxuma
ŞKTC Prezidenti T.Erhürman Cənubi Kipr Administrasiyası ilə görüş keçirəcək
Tərəflər BMT Baş katibi Quterreşin iyulun sonunda Kiprə səfəri zamanı dilə gətirdiyi etimad quruculuğu tədbirlərini nəzərdən keçirəcəklər
ŞKTC Prezidenti T.Erhürman Cənubi Kipr Administrasiyası ilə görüş keçirəcək
ŞKTC Prezidenti T.Erhürman Cənubi Kipr Administrasiyası ilə görüş keçirəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman ilə Cənubi Kipr Administrasiyasının rəhbəri Nikos Xristodulidis bu gün neytral zonada görüşəcəklər. Görüşdə iki tərəf arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) irəli sürdüyü etimad quruculuğu tədbirləri müzakirə olunacaq.

ŞKTC Prezident Administrasiyasından verilən yazılı açıqlamaya görə, Prezident T.Erhürman görüşün gündəliyinin BMT Baş katibi A.Quterreşin iyulun sonunda Kiprə səfəri zamanı qeyd etdiyi 7 etimad quruculuğu tədbirindən ibarət olduğunu bildirib.

T.Erhürman bu 7 tədbirdən 6-sını artıq qəbul etdiklərini xatırladıb. O, "Görüşə nəticəyönümlü danışıqlar aparmaq məqsədilə gedirik", — deyə əlavə edib.

Xatırladaq ki, BMT Baş katibi A.Quterreşin Kiprə səfəri zamanı gündəmə gətirdiyi etimad quruculuğu tədbirlərinə aşağıdakılar daxildir:

ŞKTC ilə Cənubi Kipr Administrasiyası arasında yeni keçid məntəqələrinin açılması. Minaların təmizlənməsi və neytral zonanın minalardan azad edilməsi. Təbii fəlakətlərə qarşı birgə mübarizə mexanizminin qurulması. Qanunsuz miqrasiya ilə mübarizə üçün birgə mexanizmin yaradılması. Mülki cəmiyyətlə bağlı əlaqələndirmə və məsləhətləşmə strukturunun təsis edilməsi. İki tərəf arasında birgə idman tədbirlərinin keçirilməsi və qarışıq nikahlardan doğulan uşaqlara Avropa İttifaqı vətəndaşlığı hüququnun verilməsi.

MƏNBƏ:TRT