SİYASƏT
1 dəqiqə oxuma
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meinkin "kosmosu idarə etmək üçün lazımi silahlara sahibik" bəyanatına münasibət bildirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün təcili addımlar atılmalıdır''

Rusiya kosmosda hərbi rəqabətin qarşısını almaq üçün təcili olaraq konkret addımlar atılmasının vacibliyini vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meinkin "kosmosu idarə etmək üçün lazımi silahlara sahibik" bəyanatına münasibət bildirib. O, Vaşinqtonun bu məsələdə dağıdıcı siyasət yürütdüyünü və bunun mənfi nəticələr doğura biləcəyini vurğulayıb.

M. Zaxarova bildirib ki, ABŞ öz dar maraqları naminə kosmosda baş verə biləcək hər hansı silahlı münaqişənin bəşəriyyət üçün fəlakətli nəticələrini görməzdən gəlməyə hazırdır.

‘‘Bu yanaşma ölkələrin kosmosu tədqiq etmək imkanlarını təhlükə altına atmaqla yanaşı, Yer kürəsindəki sosial-iqtisadi proseslər üçün də ciddi risklər yaradır. Buna görə də kosmosda hərbi rəqabətin qarşısını almaq üçün təcili konkret addımlar atılmalıdır’’,-deyə Mariya Zaxarova vurğulayıb.