ABŞ dövlət katibi Marko Rubio ilə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani arasında telefon danışığı olub. Tərəflər regional təhlükəsizlik və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Marko Rubio söhbət zamanı Suriyadakı azlıq qruplarının cəmiyyətə inteqrasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Suriyanın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQTE) ilə əlaqələrini yüksək qiymətləndirib.
Suriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi nəzərdən keçirilib.
Görüşdə həmçinin bölgədəki mövcud vəziyyət, baş verən proseslər, eləcə də Suriyanın siyasi və iqtisadi sahələrdə regional sabitliyin qorunmasındakı mühüm rolu müzakirə olunub.
Əsəd Həsən Şeybani isə öz növbəsində ABŞ tərəfindən tətbiq edilən sanksiyaların ləğv edilməsindən məmnunluğunu ifadə edib.
















