İkitərəfli və nümayəndə heyəti səviyyəsində görüşlərdən sonra İstanbulda Pakistanın Baş naziri Şahbaz Şərif ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Ərdoğan deyib: “Hazırkı müharibə aludəçisi İsrail hökumətinin coğrafiyamızı bir daha barıt və qan qoxusuna qərq etməsinə icazə verməməliyik”.
İkitərəfli münasibətlərə gəldikdə, Ərdoğan bildirib ki, Ankara İslamabadla enerji, nəqliyyat, vacib minerallar və informasiya texnologiyaları sahələrində əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.