Texas ştatının Ostin şəhər polis idarəsi polisin üzərinə taxılı olanbədən kamera görüntülərini yayımlayıb. Kadrlarda psixi sağlamlıq problemləri olduğu bildirilən şəxslə bağlı daxil olan zəngə müdaxilə edən polis əməkdaşlarının 17 yaşlı gənci güllələdiyi anlar yer alır. Sonradan aparılan araşdırma zamanı məlumatı polisə verən şəxsin gənc oğlanın özü olduğu təsdiqlənib.
Açıqlamada polis əməkdaşlarının gəncin silahlı olduğuna inandıqları qeyd olunub. Lakin müfəttişlər hadisə yerində yalnız bir su şüşəsi tapıblar. Hadisə ilə bağlı açıqlama verən polis rəisi Liza Devisin vəziyyəti "polis əli ilə intihar" kimi qiymətləndirməsindən sonra ciddi etirazlar yaranıb.