Əksəriyyəti gənclərdən ibarət on minlərlə etirazçı Hindistandakı imtahan qalmaqalı ilə bağlı cavab tələb edərək Yeni Dehli küçələrinə axışıb. Baş nazir Modinin hökuməti son illərin en böyük sınaqlarından biri ilə üz-üzə qalarkən, etirazçılar gözyaşardıcı qaz, dəyənəkli müdaxilə və kütləvi həbslərlə qarşılaşıblar.
Modi hökumətinin polislə həyata keçirdiyi sərt təzyiq taktikaları keçmiş bir deputatın BMT-nin insan hüquqları üzrə ekspertlərinə şikayət etməsindən sonra beynəlxalq aləmin diqqətini cəlb etməyə başlayıb.