Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 22-də İstanbulda 12 yaşlı britaniyalı autizmli fəal Coşua Harrisi qəbul edib.
Coşua Harris İngiltərənin Piterboro şəhərindəməscidlərdən birinə edilən ifrat sağçı hücumdan sonra anti-müsəlman nifrətinə qarşı həmrəylik rəmzi olaraq "Nifrətə qarşı tort" ("Cake Not Hate") kampaniyasına başlayıb. O, evdə hazırladığı tortları bişirərək məsciddə ibadət edənlərə paylayır.
Müxtəlif təhdidlərə baxmayaraq, Coşua və atası Den Harris bu təşəbbüsü daha da genişləndirərək Böyük Britaniya üzrə 100-dən çox məscidi ziyarət ediblər. Onlar İstanbuldakı 10 günlük səfərləri çərçivəsində də dostluq və həmrəyliyi təşviq etmək, eləcə də islamofobiyaya qarşı durmaq məqsədilə xeyriyyə təşəbbüsünü davam etdirirlər. Ata və oğul İstanbulda ilk olaraq tarixi Süleymaniyə məscidindən başlayaraq ziyarət etdikləri məscidlərdə ev tortları paylayırlar.